ABŞ-ın sabiq senatoru 57 yaşlı Lindi Kollinzin qətlində şübhəli bilinən Arkanzas ştatının 48 yaşlı sakini Rebekka Linn O Donell saxlanılıb.

Bununla bağlı “Associated Press” məlumat yayıb.

Polisdən verilən məlumata görə, saxlanılan şəxsə qarşı ittiham irəli sürülməyib.

57 yaşlı Kollinz iyunun 4-də Littl-Rokdan 210 kilometr simal-şərqdə yerləşən Pokaxontasdakı evində ölü tapılıb.

Bununla yanaşı, agentlik bildirib ki, polis qətllə bağlı təfsilatları açıqlamaqdan imtina edib.

Senatorun sabiq mətbuat katibi Ken Yanq deyib ki, şübhəli qismində saxlanılan şəxs senatorla işləyib və onun rəfiqəsi olub.

Загрузка...