AVRO-2020-nin seçmə mərhələsində Slovakiyanı qəbul edən yığmamız böyük hesabla (1:5) məğlub olub.

Matçdan sonra baş tutan mətbuat konfransında xorvatiyalı baş məşqçi Nikola Yurçeviç bildirib ki, belə nəticədən sonra nəsə demək çətindir:

“Azarkeşlərimizdən üzr istəyirəm. Slovakiyanı təbrik edirəm. Çox yaxşı oynadılar. Hesab 1:4 olduqda oyun bitdi. Rəqibin heyətində Lobotkanın transfer qiyməti 25 milyon avrodur. Bizim bütün futbolçuların ümumi qiyməti bu qədər deyil”.

Загрузка...