Bir neçə gün öncə “Miss Azərbaycan-2019” gözəllik müsabiqəsində qalib gələn model Səmra Hüseynova açıq-saçıq foto və videolarına görə tənqid obyektinə çevrilib.
Model Oxu.Az-a açıqlamasında açıq foto-videolar çəkdirməsinin səbəbini və bunu hansı qonorar qarşılığında etdiyini açıqlayıb.
Səmra deyib ki, bu foto və videoları qonorar qarşılığında çəkdirir: “Açıq-saçıq kontentli materiallara görə mən öncə verilən qonorarın məbləğinə baxıram. Açıq geyimdə foto-video çəkilişinə bir qiymətə gedirəm, bağlı geyimdə başqa qiymətə”.
Model çəkilişlər qarşılığında 2000 manata kimi qonorar aldığını deyib: “1000-2000 manat arasında qonorar alıram. Açıq-saçıq geyimdə çəkilişlərə görə mənə verilən məbləğ yüksəkdir, sərf edir, mən də ona görə çəkilirəm”.
S.Hüseynova açıq geyiminə görə onu tənqid edənləri də cavabsız qoymayıb: “Problem insanlardır. Onlar öz gözlərini tərbiyə etsələr, açıq-saçıqlığa deyil, gözəlliyə baxarlar. Hər şey ilk növbədə bizim özümüzdən asılıdır. Sənət, insanlıq, hörmət və baxış bucağı bizim özümüzdən aslıdır”.
“Miss Azərbaycan-2019” qalibi model Səmra Hüseynova ilə geniş müsahibəni tezliklə saytımızda oxuya bilərsiniz.
https://b.radikal.ru/b35/1906/ce/5335e640ae5e.jpg
https://a.radikal.ru/a04/1906/c0/095f32f969ff.jpg
https://a.radikal.ru/a07/1906/1e/2ecd7ed7a547.jpg
https://b.radikal.ru/b15/1906/78/a0bb619a09bf.jpg
https://d.radikal.ru/d15/1906/86/49dadbbe74aa.jpg