ABŞ-ın Nyu-York şəhərinin mərkəzində vertolyot 54 mərtəbəli binaya çırpılıb.

Hadisə nəticəsində vertolyotun pilotu həyatını itirib. Binada olan insanları evakuasiya edib. Qəzadan sonra başlayan yanğının söndürülməsi üçün lazımi tədbirlər görülüb. Hazırda qəza yerində 100-ə yaxın yanğınsöndürən briqada işləyir. Yanğının söndürüldüyü bildirilib.

ABŞ prezidenti Donald Trampa sözügedən hadisə barədə məlumat verilib və o hadisələri diqqət mərkəzində saxlayır.

Загрузка...