Roma yaxınlığındakı Rokka di Papa şəhərinin meriya binasında partlayış olub. İnsident nəticəsində şəhər meri Emanuele Krestini ölüb, 9 nəfər yaralanıb. Yaralananlar arasında 3 məktəbli uşaq da var.

Partlayışa səbəb bələdiyyə yollarında aparılan təmir işləri olub. Təmir işləri zamanı qaz borularında yaranmış çatlar faciəyə səbəb olub. Güclü partlayış nəticəsində meriya binası dağılıb.

Yanğının ətrafdakı binalara keçməsinin qarşısı alınıb. Araşdırma aparılır.

Загрузка...