Kristiano Ronaldo Portuqaliya milli komandasının avtobusunu 11 yaşlıq uşağa görə dayandırıb.
“Minval.info” xəbər verir ki, bu gün Portuqaliya millisi Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Hollandiyanı qəbul edəcək. Ötən gün komanda matçın hazırlıq məşqindən otelə doğru hərəkət edərkən Ronaldo avtobusu dayandırıb.
Buna səbəb isə Ronaldonun pəncərədən yolun kənarında dayanan və əlində “Kristiano Ronaldo, məni qucaqla” plakatı tutan 11 yaşlı Eduardonu görməsi olub.
Ronaldo sürücüdən avtobusu saxlamasını istəyib. Ardından ulduz futbolçu həmin uşaqla görüşüb, qucaqlaşıb və xatirə fotosu çəkdirib.
Sonradan bəlli olub ki, Eduardo Leykoz xəstəliyindən əziyyət çəkir.