Bakıda maşın anidən yandı, bir ailə son anda xilas oldu - VİDEO

Bakının Qaradağ rayonu ərazisində hərəkətdə olan avtomobil yanıb.

Hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, Sədərək Ticarət Mərkəzindən Avtoğazala gedən istiqamətdə hərəkətdə olan “Mercedes Panorama” markalı avtomobil anidən tüstülənib.

Sürücü maşını saxlayan kimi nəqliyyat vasitəsi alovlanmağa başlayıb. Avtomobildə olan bir ailə – ata, ana və iki azyaşlı – son anda özünü çölə ataraq xilas olublar. Xəsarət alan olmayıb.

Avtomobil yanaraq istifadəyə yararsız vəziyyətə düşüb.

Загрузка...