Amerika vətəndaşı, 21 yaşlı Leksi Elford 196 ölkəyə səfər edərək Ginnesin “Rekordlar” kitabına düşüb.

Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə UPI məlumat yayıb.

Bununla o, ən çox ölkəyə səfər etmiş ən gənc səyahətçi kimi tarixə düşüb

Leksi üçün ən çətini Şimali Koreyaya səfər etmək olub. Həmin səfər üçün onun Koreya Xalq Demokratik Respublikası və Cənubi Koreya arasında silahsızlaşdırılmış zonada olması hesaba alınıb. Bu, missiyanın final mərhələsi olub.

“Hər şeydən çətini mənə bu yerlərdə olduğumu sübut etmək faktı idi. Hər ölkədən şəhadətnamələri almaq lazım idi, hansılar ki, səfərlər etmişdim: təyyarə biletlərini, pasportdakı möhürlər, yaşama üçün qəbzləri göstərmək, qeydiyyat jurnallarını aparmaq”, – deyə səyyah bildirib.

Qeyd edək ki, ondan əvvəl bu göstəriciyə Ceyms Askvit imza atıb. O, dünyada ən çox ölkə gəzmiş ən gənc səyyah hesab olunurdu. Ceyms Askvitin 24 yaşı var.








Загрузка...