Kiyev Moskva ilə danışıqlar aparmağa hazırdır. Bunu Ukrayna prezidenti Vladimir Zelenski Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə brifinq zamanı söyləyib.

Dövlət başçısı bildirib ki, Ukrayna həm dialoqa, həm də Minsk sazişinə əməl etməyə hazırdır.
“Lakin öncə biz özümüzü müdafiə etməyi bacarmalı və iqtisadi, siyasi , hərbi baxımdan güclənməliyik”,- deyə o bildirib.

Ukrayna prezidenti qeyd edib ki, Rusiyanın təcavüzü davam edir və o Kiyevlə NATO münasibətlərinin güclənməsində maraqlıdır.

Zelenskinin sözlərinə görə, iyunun 5-də Donbass üzrə üçtərəfli komissiyanın iclası keçiriləcək. İclasda Kiyev münaqişənin nizamlanması üzrə təkliflərini irəli sürəcək. Prezident ətraflı məlumat verməsə də, atəşin kəsilməsi və əsirlərin dəyişdirilməsi mövzularının müzakirə olunacağını qeyd edib.

Mayın 20-də inauqurasiyadan sonra Zelenski ABŞ-ı Rusiyaya sanksiya vasitəsi ilə təzyiq göstərmyə çağırıb.

Qeyd edək ki, mayın 23-də Zelenski Moskva ilə danışıqların mümkün olmayacağını vurğulamışdı. Ukraynanın Prezident Administarsiyası isə Rusiyanın Ukrayna ilə danışıqlara getmək istəmədiyini söyləmişdi.

Загрузка...