Gəncədə yeniyetmə 9-cu mərtəbədən yıxılaraq ölüb

Gəncə şəhərində bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, 9-cu sinif şagirdi olan Vaqif adlı yeniyetmə doqquzmərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılaraq həyatını itirib.

Bildirilir ki, hadisə Abbas Səhhət küçəsində qeydə alınıb. Yeniyetmənin ehtiyatsızlıq səbəbindən yıxıldığı deyilir.

Fakt şəhər Prokurorluğu tərəfindən araşdırılır.

Загрузка...