IZMIR’IN TIRE ILCESINDE, TEL ORGU ILE CEVRILI TARLAYA GIRMEK AMACIYLA DEMIR KAPIYI ACMAK ISTEYEN 63 YASINDAKI MUSTAFA ARICILAR, EL FRENINI CEKMEDEN INDIGI ICIN EGIMLI ARAZIDE HAREKET EDEN TRAKTORU ILE BIR AGACIN ARASINDA SIKISIP YASAMINI YITIRDI.(FOTO: YIGIT SOYLU TIRE DHA)

Yevlaxda ot çalan traktordan çıxan kəsici dəmir parçası kənarda dayanan kişinin boğazanı kəsib, o yerindəcə ölüb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Ərəbbəsrə kəndində ot biçini zamanı baş verib.

Belə ki, yaşadığı kənddə “Tarzan” təxəllüsü ilə tanınan, təxminən 30-31 yaşlı kənd sakini Əmrahov Alim Məhəmmədoğlu biçin sahəsində bədbəxt hadisənin qurbanı olub. Biçini yaxından izləyərkən yanından keçən otçalan traktordan gözlənilmədən zərblə çıxan kəsici dəmir parçası onun boğaz nayihəsinə bataraq ulğumunu kəsib. Ağır xəsarət alan kişi yerindəcə keçinib.

A.Əmrahovun iki uşaq atası olduğu, həmçini atası Məhəmməd kişinin vaxtilə uzun müddət polis əməkdaşı kimi xidmət etdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

Загрузка...