Ötən ilin noyabrında Malayziya kralı V Məhəmmədin Rusiya gözəli Oksana Voevodina ilə evlənmə xəbəri gündəmə gəlmişdi.

Axşam.az-ın məlumatına görə, müsəlman olan model Rihanə Oksana Petra adını götürüb. Toydan bir neçə gün sonra isə kral öz taxtından imtina edib. Bununla o, monarx ölkəsində öz tutduğu vəzifədən imtina edən ilk kral olub.

Hazırda isə Oksananın ana olduğu xəbəri yayılıb. O, kral üçün oğlan övladı dünyaya gətirib. Körpəyə İsmayıl Leon Petra Bin Tenka Məhəmməd V Faris Petra adı qoyulub.

“Həyatımın “əvvəl” və “sonra” deyə, iki hissəyə ayrıldığı gün. Övlad dünyaya gətirəndən sonra qadının həyatının necə dəyişdiyi haqda eşitdiklərimin hamısı gerçək oldu. Bu, xüsusi sevgidir. ərimə bu uşaq üçün minnətdaram” deyə, Oksana hisslərini bölüşüb.

Загрузка...