Bakıda maşın dəmir maneəyə girdi: sürücü sağ qaldı – FOTO

Bakının Xətai rayonu Zığ şosesində ağır qəza baş verib.

Trend xəbər verir ki, şəhərdən Hövsan qəsəbəsi istiqamətində hərəkət edən “Renault Megane” markalı avtomobil yol kənarındakı dəmir maneəyə çırpılıb.

Hadisə nəticəsində dəmir maneə avtomobilin ön şüşəsindən salona girib, arxa şüşədən çıxıb. “Renault”a ciddi ziyan dəyib.

Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir. Onun avtomobildə tək olduğu, ciddi xəsarət almadığı bildirilir.

Загрузка...