Amerika hökuməti viza əldə etmək üçün ərizə formasında dəyişiklik edib.

Artıq ABŞ-a səfər etmək istəyənlər sosial şəbəkələrdəki bütün hesablarını, mobil telefon nömrələrini və son beş ildəki elektron poçt ünvanlarını təqdim etməli olacaqlar.

Əlbəttə, ərizə ilə müraciət edən əcnəbi sosial şəbəkələrdən istifadə etmədiyini deyə bilər, lakin yalan olduğu üzə çıxarsa, ciddi mühacirət problemi yarana bilər.

Rəsmilər bildirirlər ki, bu dəyişiklik təxminən 15 milyon əcnəbiyə təsir edəcək. İstisna ancaq diplomatik və rəsmi viza iddiaçılarına şamil olunacaq.

Bu tədbirlər ölkənin terrordan və təhlükəli insanlardan təmizlənməsi məqsədi ilə görülür.

Загрузка...