İŞİD terror təşkilatının yaranması, 11 sentyabr Əkiz Qüllələr hadisəsi, İngiltərənin Avropa İttifaqından çıxması kimi dünya gündəmini sarsıdan hadisələri əvvəlcədən proqnoz verən məşhur ekstrasens Vanqa 1996-cı ildə ölmədən öncə 51-ci əsrə qədər bir çox təxminlərini dilə gətirib.

Publika.az xəbər verir ki, Vanqa 2023-cü ildə Yer kürəsinin orbitində kiçik dəyişiklik olacağını proqnoz verib.

2025-ci ildə Avropada yaşamaq istəyənlərin sayı artacaq.

2028-ci ildə yeni enerji qaynağı kəşf olunacaq (Ehtimal ki, termo-nüvə reaksiyası). Aclıq problem olmayacaq. Veneraya pilotlu kosmik səyahət tətbiq olunacaq.

2033-cü ildə Qütb buzlaqları əriyəcək. Dünyada okeanın səviyyəsi qalxacaq. 2043-cü ildə müsəlman bir dövlət Avropaya hökm edəcək.

2046-cı ildə süni orqanların kütləvi istehsalı olacaq. 2066-cı ildə müsəlmanların əlində olacaq Romaya ABŞ hücum edəcək və bu zaman iqlim dəyişikliyi yaradan yeni silahdan istifadə edəcək (ani donma).

2076-cı ildə cəmiyyətin sinifləndirilməsi aradan qalxacaq. Bütün dünyada kommunizm hakim olacaq. 2084-cü ildə təbiət yenidən doğulacaq.

2088-ci ildə yeni xəstəlik yayılacaq və insanlar saniyələr içində qocalacaq. 2091-ci ildə xəstəliyin çarəsi tapılacaq.

2100-cü ildə insanlar tərəfindən Günəş düzəldiləcək. Bu Günəş dünyanın qaranlıq tərəfini də işıqlandıracaq.

2125-ci ildə Macarıstana kosmosdan siqnal gələcək (İnsanlar yenidən Vanqanı xatırlayacaq).

2130-cu ildə yadplanetlilərin tövsiyəsi ilə su altında koloniyalar qurulacaq.

2154-cü ildə heyvanlar yarıinsanlaşacaq. 2167-ci ildə yeni din ortaya çıxacaq. 2170-ci ildə böyük qıtlıq-quraqlıq olacaq.

2183-cü ildə Marsdakı insan koloniyaları nüvə ölkəsi olacaq və Yer kürəsindənm ayrılaraq müstəqil olacaq. 2201-ci ildə Günəşdəki termo-nüvə reaksiyaları yavaşlayacaq. İstilik azalacaq.

2262-ci ildə planetlərin orbiti dəyişəcək. Mars quyruqlu ulduzla toqquşmaq təhlükəsi altında olacaq.

2288-ci ildə zamanda səyahət mümkün olacaq. Yadplanetlilərlə yeni əlaqələr qurulacaq.

2299-cu ildə Fransada İslama qarşı üsyan baş qaldıracaq.

3005-ci ildə Marsda müharibə və Yer kürəsinin sonu olacaq. Dünyada həyat öləcək. İnsanlar yeni Günəş sistemində həyat quracaq.

Загрузка...