“Yediyim qurd deyildi, osminoqdur. O videodan sonra hamı yazdı ki, daha məni öpmə”.

BAKU.WS xəbər verir ki, bu sözləri çiy dəniz ilbizi (osminoq) yeyərkən çəkdiyi görüntüləri İnstaqramda paylaşdıqdan sonra tənqid atəşinə tutulan Xəzər TV-də yayımlanan “Ənənə boğçası” verilişinin aparıcısı Leyla Mustafayeva deyib.

Aparıcı onu tənqid edənlərə belə cavab verib.

“Belə gündəm yaradacağını gözləmirdim. Çünki bunu normal qəbul edirəm və səfərlərə gedən zaman dəniz məhsulları yeyirəm. Canlı deyil, az bişmişdi. Çox çeynədim, çünki belə etmək lazımdır. Həm də dadlı idi. Hələ Yaponiyada ilbiz yemişdim. Onu çox qəşəng qovurdular, duz-istiot vurdular. Ləzzətli idi”.

Загрузка...