Ağdamda poçt şöbəsinin rəisi özünü asaraq intihar edib.

ONA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Kənd sakini 1957-ci il təvəllüdlü Tağıyeva Püstə Mərkəz qızı yaşadığı evin həyətində özünü asıb. P. Tağıyeva Ağdam Poçt Filialının Qaradağlı poçt şöbəsinin rəisi vəzifəsində işləyib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Загрузка...