Gəncədə marketlərdən birində partlayış baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə Şah İsmayıl Xətai prospektində baş verib. Hadisə nəticəsində marketdə çalışan 1987-ci il təvəllüdlü Məmmədov İman Namiq oğlu ağır yanıq xəsarətləri alıb. Onun üzünün və əllərinin ağır yandığı bildirilir. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağırdır.

Qeyd edək ki, hadisə qaz sızması nəticəsində baş verib. 32 yaşlı İman Məmmədov həmin marketdə kürəçi işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.

Загрузка...