Azərbaycan polisi Avropa Liqasının Bakıda keçirilən oyunları zamanı ictimai asayişin qorunması və təhlükəsizliyin təmin edilməsi kimi vacib tapşırığın öhdəsindən ləyaqətlə gəldi. Azərbaycan yenidən bütün dünyadan gələn qonaqlara ev sahibliyi etdi və bunu bizim növbəti uğrumuz adlandırmaq olar.

Azərbaycan yendiən bütün dünyaya genişmiqyaslı beynəlxalq səviyyəli təbirlərə ev sahibliyi etmək təcrübəsinə malik olduğunu sübut etdi.

Mayın 29-da keçirilməsi səbirsizliklə gözlənilən Avropa Liqasının final oyunu uğurla baş tutdu. Hüquq mühafizə və dövlət təhlükəsizlik xidməti orqanlarının əməkdaşlarının səyləri nəticəsində tədbirdə yüksək təhlükəsizlik səviyyəsi təmin olundu və tədbir uğurla başa çatdı.

Bu da təsadüfi deyil. Çünki, Azərbaycan polisi “Avroviziya”, “Formula -1” Qran- Pri yarışları, İslam Həmrəylik Oyunları, “Jara” festivalı, Gimnastika üzrə Dünya Kuboku, Birinci Avropa Oyunları, Bakı Beynəlxalq Humanitar Forumu, Beynəlxalq Antidopinq Agentliyinin Təsisçilər Şurasının və onun İcraiyyə Komitəsinin iclasları və bu kimi bir sıra böyük beynəlxalq tədbirləri keçirilən zaman təcrübə qazanıb.

Qonaqların təhlükəsizliyini təmin etməyə cəlb edilən əməkdaşlar da diqqətlə seçilib. Gələn qonaqlar Heydər Əliyev adına Beynəlxalq Hava Limanında polislər tərəfindən qarşılanıb, yol patrul xidməti qonaqların otellərə təhlükəsiz şəkildə çatdırılmasına yardım edib. Bu o deməkdir ki, paytaxt polisi bütün resursları və şəxsi heyəti işə cəlb edib.

Final oyunu keçirilən gün paytaxt polisi müvafiq tədbirlər gördü. Respublika vətəndaşları və əcnəbi qonaqlar heç bir problem olmadan stadiondakı yerlərini aldılar.

Eyni zamanda DİN-dən bildirildiyi kimi, strateji nöqtələrdə və qonaqların sıx ziyarət etdikləri yerlərdə təhlükəsizlik yüksək səviyyədə təşkil edildi. Bunun nəticəsində heç bir insident qeydə alınmadı. Hərçənd azarkeşlərin əksəriyyətinin sərxoş vəziyyətdə olması və ingilis azarkeşlərin xuliqan şöhrəti nəzərə alınarsa, belə insidentlərin baş verməsi gözlənilən idi. Lakin Azərbaycan polisinin sayıqlığı münaqişəli vəziyyətlərin yaranmasının qarşısnı aldı. DİN Daxili Qoşunlarının atlı polis dəstəsi isə bayram əhval-ruhiyyəsini daha da maraqlı etdi.

Mayın 29-da Milli Məclisdə Avropa Parlamentinin nümayəndələri çıxış etdilər. Parlamentin britaniyalı üzvü Netan Hill bildirmişdi:

“Mən Azərbaycana uçarkən, öz təhlükəsizliyimdən narahat idim. Lakin indi görürəm ki, Azərbaycan təhlükəsiz ölkədir. Mən əvvəllər Azərbaycanın bu qədər iqtisadi cəhətdən inkiaşf etdiyini bilmirdim. Küçələrdə sərbəst gəzdim və əmin oldum ki, bura turistlər üçün rahat ölkədir”.

Avropa Parlamentinin fransalı üzvü Jan Lyuk Reytser isə Azərbaycanın müstəqil siyasət yürütdüyünü söyləyib:

“ İran və Rusiya ilə sərhəd olan Azərbaycanın öz müstəqilliyini qoruması və buna paralel olaraq inkişaf etməsi valehedicidir”.

Qeyd edək ki, daha öncə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi final oyunlarını izləmək üçün Bakıya gəlməyə hazırlaşan vətəndaşları əsassız yerə xəbərdar edərək, onlara ehtiyatlı olmağı tövsiyə etmişdi. Britaniya XİN bunu ölkədə qeyri-stabil kriminal vəziyyət və terror təhlükəsi ilə əlaqələndirmişdi.

Lakin indi Avropa qorxularının yersiz olduğunu anladı.

Загрузка...