Tehranın sabiq meri həyat yoldaşını qətlə yetirdiyi üçün həbs olunub.

ONA-nın Tehran bürosunun məlumatına görə, sabiq mer Məhəmmədəli Nəcəfi polis idarəsinə müraciətində bu gün səhər həyat yoldaşını odlu silahla qətlə yetirdiyini etiraf edib.

Məlumata görə, Mitra Ustadi merin ikinci həyat yoldaşıdır. O bu gün səhər evində bir neçə güllə yarası alaraq qətl yetirilib. Polis əsas şübhəli kimi onun həyat yoldaşı sabiq mer M.Nəcəfini axtarırmış, günün ikinci yarısı mer özü polisə təslim olub və qətli törətdiyini bildirib.

Nəcəfi qətldə istifadə etdiyi odlu silahı da polisə təqdim edib. Sabiq mer cinayəti ailədaxili münaqişə zəminində törətdiyini bildirib.

Загрузка...