“Həyatım diskotekalarda keçib, sevirəm bunu” – Mənzurə efirdə açıqladı

“Sən diskotekada olmusan?”

Milli.Az xəbər verir ki, bu sualla Zaur Kamal aparıcısı olduğu proqramda həftə səkkiz, mən doqquz qonağı olan Mənzurə Musayevaya müraciə edib.

Mənzurənin cavabı aparıcını və studiyadakıları xeyli təəccübləndirib:

“Niyə olmamışam ki?! Həyatım elə diskotekalarda keçib də! Mən sevirəm. Türkiyəyə gedəndə diskotekada olmuşam, sonra Yessentukiyə gedəndə olmuşam. Ora nəyə gedirsən, gedirsən dincəlməyə də. Getdin orada oturdun otağında, daha bunun nə mənası var? Mən vaxtımı səmərəli istifadə edirəm. Axşam gedirsən diskotekada qəşəng oynuyursan, gecə gəlib yatırsan. Nəyi var oynuyuram, necə lazımdır. Mən disko oynayanda…(gülür).

Yessentukidə bir dəfə rəqs yarışı keçirilirdi. Hamısını mən yordum, birinci yerə çıxdım”.

Qeyd edək ki, bir dəfə ailəli olan Mənzurə indi tənhalıqdan şikayətlənir.

Загрузка...