May ayının 27-də ABŞ-ın Los-Anceles şəhərində keçirilən ABŞ-ın ən böyük kitab sərgisində dünyanın müxtəlif yerlərindən gələn turistlər Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndiriblər.
Oxu.Az-ın məlumatına görə, bu, azərbaycanlı gənclərin təşəbbüsü ilə baş tutub.
“Həm Azərbaycanımızı tanıtmaq, həm də doğma ana dilimizdə üç kəlmə də olsa, xarici ölkə vətəndaşlarına öyrətməkdən qürur hissi keçirdik”, – layihə təşkilatçıları bildiriblər.
Sözügedən videonu təqdim edirik: