Fransada Avropa Parlamentinə keçirilən seçkilərdə 24,2 faiz səs ilə Mari Lö Penin Milli Yığıncaq Partiyası (RN) liderlik edir.

“Report”un Fransa bürosu məlumat verir ki, ikinci yerdə Fransa Prezidenti Emmanuel Makronun partiyası İrəliləyən Respublika (22,4), üçüncü yeri Yaşıllar partiyası (12,7), dördüncü yeri Respublikasçılar partiyası (8,3) gəlib.

Sosialistlər Partiyası və Əyilməyən Fransa Partiyası yalnız 6,2 faiz toplaya bilib.

Avropanın 28 ölkəsindən cəmi 751 Avropa deputatı seçilib ki, bunun 74-ü Fransanın payına düşür.

Загрузка...