Qazaxda intihar hadisəsi baş verib.

Medianews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

Kənd sakini, 1989-cu il təvəllüdlü Həsənova Fatimə İlqar qızı yaşadığı evdə özünü asaraq intihar edib.

Ailəli və azyaşlı övlad sahibi olan qadının özünü hansı səbəbdən öldürdüyü hələ ki, məlum deyil.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.

Загрузка...