Nazir polis rəisini işdən çıxardı - FOTO

Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəisi, polis-polkovniki Ədalət Sadıxov tutduğu vəzifədən azad edilib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu barədə Daxili işlər naziri Ramil Usubov əmr imzalayıb.

Əslən Qazax rayonundan olan Ədalət Əsadıxov daha öncə Kəpəz rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

Ədalət Sadıxovun yaş həddi ilə bağlı təqaüdə göndərildiyi bildirilir. Fakt DİN-nin Mətbuat xidmətinin Gəncə regional qrupu tərəfindən də təsdiqlənib.

Nazir polis rəisini işdən çıxardı - FOTO

Загрузка...