Hindistanın Qucarat ştatının Surat şəhərində, ticarət mərkəzində baş verən yanğında ən az 15 nəfər ölüb. Çoxlu sayda yaralının olduğu bildirilir.

Yanğın “Taxshila” Ticarət Mərkəzinin ikinci mərtəbəsində başlayıb. India Today xəbər verib ki, binanın üçüncü və dördüncü mərtəbələrində təlim-tədris mərkəzi yerləşir.

Yanğını əks etdirən videoçarxda insanların xilas olmaq üçün özlərini pəncərədən atdıqları görünür.

Hadisəylə bağlı araşdırma aparılır.

Загрузка...