Moskva- Simferopol reysi ilə uçan və təyyarənin göyərtəsində dava salan 32 yaşlı kişiyə görə hava gəmisi “Domodedovo” hava limanına qayıtmalı olub. Xuliqanlıq edən kişi təyyarədən endirilib. Yerə endirildikdən sonra həmin şəxs ölüb.

Verilən məlumata görə, həmin şəxs təyyarədə özünü çox aqressiv aparıb, bağırıb, əşyaları yerə çırpıb, bunun nəticəsində dava düşüb və onun başını yarıblar.

Bu səbəbdən də “Red Wings” şirkətinə məxsus təyyarə hava limanına qayıtmalı olub. Aeroportda təyyarəni tibb işçiləri və polislər qarşılayıb. Panika içərisində olan sərnişinə ilkin yardım göstərilib. Həkimlərin dediyinə görə, onun iki dəfə ürəyi dayanıb.

Yardımlara baxmayaraq, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Загрузка...