Mayın 23-də Yevlax rayonunda mikroavtobusun dəhşətli qəzaya düşməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Medianews.az Publika.az-a istinadla xəbər verir ki, Mingəçevir istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtobusun qəzaya uğramasına nəqliyyat vasitəsinin arxa təkərlərindən birinin yerindən çıxması səbəb olub. Nəticədə mikroavtobus gəldiyi sürətlə aşaraq yolun kənarına yuvarlanıb.

Bildirilir ki, bu nəqliyyat vasitələri istehsalçı şirkət tərəfindən kiçiktutumlu yük maşını kimi istismara verilib. Daha sonra isə həmin nəqliyyat vasitələrinin iinə oturacaqlar yerləşdirilərək, pəncərələr açılaraq avtobusa çevrilib.

2006-cı il təvəllüdlü Sevindik Tamerlan oğlu İmanzadə hadisə yerində, 20 yaşlı Sadət Müzəffər qızı Musayeva dəfn edilib. Hadisə zamanı vəfat edən 13 yaşlı Sevindikin anası Gülər İmanova uisə hazırda xəstəxananın reanimasiya şöbəsindədir.

Загрузка...