Jurnalist Xədicə İsmayıl sosial şəbəkədəki hesabında Azərbaycan hakimiyyətinə qarşı bir sıra ittihamlar səsləndirib. O, Azərbaycan ordusunun güclənməsini korrupsiya kimi qiymətləndirib, vətənpərvərlik faktorunu aşağılıq kompleksi kimi təqdim etməyə çalışıb.

BAKU.WS xəbər verir ki, Xədicə bu iddialarından diqqəti yayındırmaq üçün isə Ramil Səfərov məsələsini qabardıb.

Belə ki, o, Azərbaycanın dövlət rəmzi olan bayrağını erməniyə qarşı qürurunu qoruduğu üçün cəmiyyətdə kifayət qədər rəğbət görən Ramil Səfərovu cinayətkar kimi təqdim edib. Bu isə ilk növbədə onun sosial şəbəkədə dostluğunda olan insanların sərt reaksiyasına səbəb olub. Paylaşıma qısa zamanda yüzlərlə etiraz bildirilib.

Məsələ ilə bağlı politoloq Elçin Mirzəbəyli BAKU.WS-ə açıqlamasında bildirib ki, Xədicə İsmayılova faktiki olaraq xarici kəşfiyyat orqanlarının, həm də genetikadan irəli gələrək ermənilərlə eyni mövqe sərgiləyir:

“Bu, Azərbaycana qarşı son dövrlərdə bəzi beynəlxalq təşkilatlar tərəfindən aparılan kampaniyanın tərkib hissəsində yer alan məsələdir. Əslində bu tezislərin kənardan ötürüldüyü göz qabağındadır. Açıq şəkildə ermənilərin mövqeyini ifadə edən tezislərdir və aydın məsələdir ki, bu da Xədicənin ağlının məhsulu deyil.

Azərbaycan ordusunun güclənməsi və müasir silah-sursatla təmin olunması Xədicəni və onun Ermənistandakı doğmalarını çox ciddi şəkildə narahat edir. Buna görə də belə aqressiv məlumat paylaşır”.

Politoloq qeyd edib ki, Ramil Səfərovla bağlı məsələ də ermənilərin bu günə Azərbaycana qarşı istifadə etdiyi tezislərdən biridir: “Məlum məsələdir ki, bu fakt Azərbaycan bayrağının təhqir olunması ilə əlaqədardır. Hər hansı bir formada onun üzərinə kölgə salınması ləyaqətsizlik əlamətidir.

Xədicə öz paylaşımında sadaladıqları ittihamları Ramil Səfərov məsələsi ilə təsdiqləmək istəyir. Ermənistan cəmiyyətində və Paşinyan hakimiyyətində Azərbaycanın ünvanına səslənən ittihamlara, ölkəmizə qarşı sosial şəbəkələrdə aparılan təbliğat kampaniyalarına diqqət yetirsək, Xədicənin açıqlamalarından qətiyyən fərqlənmədiyini görərik”.

Ramil Səfərovun Azərbaycanın dövlətçilik rəmzi olan bayrağının qürurunu qorduğunu və xalqı ona olan müasibəti də ortada olduğunu söyləyən E.Mirzəbəyli sözlərinə əlavə edib ki, Azərbaycan Prezidentinin bu məsələdə nümayiş etdirdiyi qətiyyətli mövqeyini ermənilər həzm edə bilmirlər. Bu səbəbdən Xədicənin mesajlarında ermənilərdə olan narahatlıq faktoru dayanır.

Загрузка...