Kimlikləri hələlik məlum olmayan bir qrup ovçu nadir rast gəlinən bəbiri öldürdükdən sonra onunla şəkil çəkərək sosial mediada paylaşıblar.
Musavat.com xəbər verir ki, bu xoşagəlməz ovun Malayziya cəngəlliklərində olduğu bildirilir.
Beynəlxalq Təbiəti Qoruma Birliyinin qırmızı siyahısında olan bu bəbir nəsli tükənmə təhlükəsi ilə üz-üzədir. Ovçuların öldürdükləri bu nadir heyvan ilə gülə gülə şəkil çəkdirmələri də ictimai qəzəbə tuş gəlib. Fotoların sosial mediada paylaşılmasından dərhal sonra araşdırmalar başlanılıb. Araşdırmalardan xəbərdar olan ovçular dərhal fotoları və sosial hesabı siliblər.
Fotolar silinmədən öncə Siva Nadajaran adlı bir feysbuk istifadəçisi tərəfindən götürülüb. Həmin şəxsin iddialarına görə fotodakı mavi geyimli şəxslər Malayziyanın Mülki Müdafiə Qüvvələrindəndir. Siva Nadajaran bu fotolarla bağlı Malayziya Vəhşi Təbiəti Qoruma departamenti ilə də əlaqə saxlamağa çalışdığını deyib. Lakin o departamentdən “hər kəs evə gedib, şikayəti qəbul edəcək heç kim yoxdur ” deyə cavab alıb. Nadajaran hadisənin ört-basdır edildiyini iddia edir.
Sözügedən ovlanmış nadir bəbirin fotolarını sizlərə təqdim edirik: