Ukraynanın yeni prezidenti Vladimir Zelenski rəsmən səlahiyyətlərinin icrasına başlayıb. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, o, Ukrayna Konstitusiyasına və “İncil”ə and içib.
“Mən Ukrayna Konstitusiyası və qanunları əsasında səlahiyyətlərimin icrası zamanı Ukrayna vətəndaşlarının mənafeyindən çıxış edəcəyimə and içirəm”- deyə Zelenski deyib.
Zelenski “Mən 8-ci buraxılış Ali Radanın buraxıldığını elan edirəm”- deyə bəyan edib.
Zelenski hökuməti də istefaya səsləyib. Bundan başqa, o deyib ki, deputatlar əməllərinə görə cavab verməlidirlər.
Yeni prezident ilk addımı olaraq Ali Radanın buraxılması barədə qərar verib.
Zelenski iki ay müddətinə növbədənkənar seçkilər keçiriləcəyini deyib. O, həmçinin parlamentə müraciət edərək Baş prokuroru, Müdafiə nazirini və Təhlükəsizlik Xidmətinin rəhbərini vəzifələrindən azad etməyə çağırıb.