Türkiyənin Anadolu agentliyinin qar uçqunu altında qalaraq itkin düşən əməkdaşı Abdülkadir Nişancının axtarışında iştirak edən iki hərbçini sel aparıb.

Axtarış-xilasetmə işlərində iştirak edən hərbçilərdən ikisinin itkin düşməsi səbəbindən bölgəyə əlavə xilasedici briqadalar cəlb olunub.

Görülən tədbirlər nəticəsində ölən əsgərlərin cəsədləri sudan çıxarılıb.

Qeyd edək ki, Abdülkadir Nişancı mayın 10-da Bayburt ilə Trabzon arasında yerləşən Soğanlı dağında çəkiliş apararkən qar uçqunu altında qalıb.

Jurnalisti axtaran iki hərbçini sel apardı

Загрузка...