İcra başçısı Dilqəm Əsgərovun oğlunu əsir-yesir edib

Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov illərdən bəridir erməni girovluğunda əziyyət çəkən Dilqəm Əsgərovun oğluna məxsus torpaq sahəsini əlindən alır.

Bu barədə D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov özünün Facebook səhifəsində yazıb.

K.Əsgərov qeyd edib ki, beş il öncə icarəyə götürdüyü torpaq sahəsinin müqaviləsinin vaxtı qurtarmaq üzrə olduğuna görə dəfələrlə Şəmkir rayon icra başçısına müraciət etsə də, İcra Hakimiyyəti müqaviləni yeniləmir k,i ərazini türk şirkətinə böyük miqdarda pula satsın.

K.Əsgərov yüksək səviyyəli dövlət orqanlarından məsələyə müdaxilə etmələrini xahiş edib. O yazıb: “Mənim atam bu vətənə görə canını çürüdərkən icra başçısı mənim yerimi əlimdən alır bu qədər də olmaz artıq!”

Загрузка...