Təl-Əvivdə keçirilən “Eurovision 2019” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi başa çatıb.

Musavat.com xəbər verir ki, Bar Refaeli, Erez Tal, Assi Azar və Lusi Ayubun aparıcılıq etdiyi müsabiqə İTV-dən canlı yayınlanıb. Müsabiqəni Azərbaycan tamaşaçısı üçün müğənni Murad Arif şərh edib.

İkinci yarımfinalda 18 ölkənin təmsilçisi səhnəyə çıxıb. Ermənistan, İrlandiya, Moldova, İsveçrə, Latviya, Rumıniya, Danimarka, İsveç, Avstriya, Xorvatiya, Malta, Litva, Rusiya, Albaniya, Norveç, Hollandiya, Şimali Makedoniya, Azərbaycan təmsilçiləri öz şouları ilə final uğrunda mübarizə aparıb. Gecənin qapanışını Çingiz Mustafayev “Truth” mahnısı ilə edib.

Müsabiqə iştirakçılarının çıxışları bitdikdən sonra səhnəyə İsrailin məşhur pop qrupu “Shalva Band” çıxaraq “A Million Dreams” mahnısını ifa edib.

Nəhayət, səsvermədən sonra finala vəsiqə qazanan 10 ölkənin adı bəlli olub.

Finala keçən ölkələrin siyahısı: Şimali Makedoniya, Hollandiya, Albaniya, İsveç, Rusiya, Azərbaycan, Danimarka, Norveç, İsveçrə, Malta

Ermənistan təmsilçisi isə finala vəsiqə qazanmayıb.

Загрузка...