ABŞ-ın Luiziana ştatının vitse-qubernatoru Billi Nanqesser etdiyi hərəkətlə gündəmə gəlib.

RİA Novosti xəbər verir ki, ABŞ prezidentinin ştata səfəri zamanı o Donald Trampın qarşısına qeyri-adi görkəmdə gəlib. O ayağına üzərinə Trampın şəkli vurulmuş corab geyib və bunu dövlət başçısına nümayiş etdirib. Tramp bunu təbəssümlə qarşılayıb.

Prezidentlə görüşdən çəkilən fotonu Nanqesser tvitter hesabından paylaşıb.

Vitse-qubernatorun corabları “Amazon” saytında 27,49 dollara satılır.

“Yumşaq tüklərlə bəzədilmiş “Donald Tramp corabları” – Siz bu corabları həm geyinə, həm də prezidentin saçlarını daraya, onun imicini öz istəyinizə uyğun dəyişə bilərsiniz”, – deyə corab reklamçıları bildiriblər.

Trampın şəkli olan corabla onun görüşünə getdi - FOTO

Загрузка...