Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın məlumatına görə, qəza Zabrat qəsəbəsində qeydə alınıb.

1960-cı il təvəllüdlü Quliyev Balayar Tahir oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. O, qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

Загрузка...