Bu gün 7.30-dan etibarən bütün istiqamətlərdə qatarlar gecikmə ilə hərəkət ediblər. Gecikən qatarlar platformalarda dəqiqələrlə dayanıblar. Bunun nəticəsində platformalarda hədsiz sərnişin sıxlığı yaranıb.

Vaqonlardakı sıxlıq və havasızlıq bir çox sərnişinin halının pisləşməsinə səbəb olub.

Bakı Metropolitenindən baku.ws-ə verilən məlumata görə, qatarların gecikməsinə səbəb texniki problem olub.

Bütün istiqamətlər gecikmənin səbəbini isə belə izah ediblər: “Əgər bir xətdə gecikmə varsa, mütləq digər qatarların hərəkətində gecikmə yaşanacaq”.

Ümumiyyətlər, son iki gün ərzində “Bakı Metropoliteni”nin stansiyalarında və qatarlarda sərnişin sıxlığı pik həddə çatıb. Eyni zamanda, bu gün stansiyalardakı qatarın istiqamətini göstərən elektron lövhələr də işləmir. Nəticədə sərnişinlər qatara minib-minməməkdə tərəddüd edirlər.

“Bakı Metropoliteni”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Modern.az-a açıqlama verib:

“Son iki gündür özüm də metroda sərnişin sıxlığını müşahidə edirəm. Bunun da adətən iki səbəbi olur: ya sərnişin çoxdur, ya da qatarlararası interval çoxdur. Maraqlıdır ki, bu günlərdə ölkə əhəmiyyətli tədbirlər də yoxdur ki, avtobusların hərəkət istiqamətinin dəyişməsi səbəbindən baş verdiyini düşünək. Adi iş günlərdə orta hesabla 600 mindən çox sərniş metrodan istifadə edir. Dünən və bu gün gözlə görünən say həmişəkindən çox olduğunu deməyə əsas verir. Xüsusilə “28 May”, “Koroğlu”, “Neftçilər” stansiyalarında sıxlıq daha çoxdur”.

B.Məmmədov qeyd edib ki, elektron lövhələrin işləməməsi texniki səbəbdəndir və yaxın saatlarda bərpa olunacaq.

Загрузка...