Gəncə şəhərinin mərkəzi küçəsində bədbəxt hadisə baş verib.
BAKU.WS-in məlumatına görə, Gəncə şəhərinin Nəriman Nərimanov prospektində kanalizasiya sisteminin yenidən qurulması iş zamanı yol çöküb.
“Shacman” markalı yük maşını yolun çökməsi nəticəsində yaranmış xəndəkə düşüb.
Yük maşınının sürücüsü 1987-ci il təvəllüdlü Heydərov Xaliq Süleyman oğlu xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb onun vəziyyəti orta olaraq qalır.Faktla bağlı araşdırma aparılır.