Şəbnəm Tovuzlu Bakıda

Müğənni Şəbnəm Tovuzlunun “Gelandewagen” markalı avtomobillə videosu yayılıb.

BAKU.WS xəbər verir ki, müğənni həmkarı Sabina Selcanla magistral yolda ötüşüb.

Sözügedən anlar kameraya çəkilib. Kadrlardan da göründüyü kimi xanımlar bir-biri ilə zarafatlaşır. Daha sonra Şəbnəm Tovuzlu “Gelandewagen”lə sürət yığaraq həmkarını ötür.

Sosial şəbəkələrdə yayılan bu görüntülər birmənalı qarşılanmayıb. İzləyicilədən bəziləri müğənnilərin yolda qəzalı vəziyyət yaratdığını bildirib.

Загрузка...