Bakının Yasamal rayonu ərazisində maraqlı hadisə baş verib.

BAKU.WS xəbər verir ki, paytaxt sakinləri Həsən bəy Zərdabi küçəsində dayanan “Porsche” markalı avtomobilin sürücüsünü özlərinə məxsus formada cəzalandırılıb. Belə ki, zibil qutularına yaxın yerdə avtomobilini saxlayan sürücü gözlənilməz mənzərə ilə qarşılaşıb.

Maşının düzgün yerdə saxlanılmadığını düşünən sakinlər avtomobilin üzərinə zibil torbaları atıb. Bu vəziyyət ətrafdan keçən insanların xeyli marağına səbəb olub.

Загрузка...