Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Rəcəb Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmdə qeyd olub ki, hadisə ötən il Bakının Zığ qəsəbəsində baş verib.

Belə ki, R.Məmmədovun həyat yoldaşı Günel Məmmədova ona çay evində ofisiant kimi işləmək istədiyini bildirib. Bu, Rəcəbin narazılığına səbəb olub və arvadını orada işləməyə qoymayıb. Lakin Günel onun sözünə qulaq asmayıb.

Səhəri gün Günel “Şirzad” çay evinə gedib. Rəcəb isə sonradan onun işlədiyi yerə gəlib, çay evinə daxil olaraq ona kişilərin içində ofisiant işləməməyini deyib. Orada Günellə aralarında mübahisə yaranıb və Rəcəb çay evindən çıxaraq, yaxınlıqdakı dükandan mətbəx bıçağı alıb.

O, çay evində arvadının boğazını kəsib və onu qəsdən öldürməyə çalışıb. Ətrafdakıların müdaxiləsindən sonra o, bıçağı yerə qoyub. Çoxsaylı xəsarətlərlə xəstəxanaya çatdırılan Günelin həyatını xilas etmək mümkün olub. Daha sonra R.Məmmədov həbs edilib.

Hökmə əsasən, R.Məmmədov 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Загрузка...