Müğənni Mətanət Əsədovanın yas mərasimində ağı deyən görüntüləri yayılıb.

BAKU.WS xəbər verir ki, Xəzər TV-nin “5/5” verilişində nümayiş etdirilən kadrlar ifaçını qəzəbləndirib və aparıcı Zaur Kamala iradını bildirərək yarımçıq kəsdirib:

O, ağı deməsinə belə aydınlıq gətirib:

“Bu yaxında dayımın arvadı rəhmətə getmişdi. Görüntülər oradandır. Oradan çıxırdım, qız məni buraxmadı. Dedim ki, mən onsuz
anadan oxuyanda çox pis oluram. Tərki-cahan oluram. Hamı bilir ki, mən ana xəstəsiyəm.

Sevgim, ruhum Allahdan sonra anama bağlıdır. Dayımın qızı çox istədi anasına ağı deyim. Mən də dedim ki, ancaq muğam deyə bilərəm.

Götürdüm bir ağız dedim. Bu görüntülərin yayılması özümkülərin başıboşluğudur. İndi utansız, yerə girsin! Orda olanlardan biri çəkib,
oxumağımın xəstəsidir. Qonşusuna göndərib, o da hamıya bunu yayıb. Ona görə deyirlər, ağacı içindən qurd yeyər”.

Zaur Kamal ifaçıdan soruşub: “10-20 min versələr ağı deyərsənmi? Qiymətini de, öləndə Aqşinlə ikimiz səni pulla üstümüzə çağıracağıq”.

Əsədova qətiyyətlə yox cavabını verib.

Загрузка...