Ukraynanın yeni Prezidenti Vladimir Zelenski Türkiyədə istirahətdədir.
Axşam.az xəbər verir ki, o, istirahət üçün Bodrumu seçib.
Ailəsi ilə birlikdə restoranların birində yemək yeyən Prezident ocağın ətrafında olarkən obyektivlərə poz verib.
Bodrumda beşulduzlu oteldə dincələn Zelenski vaxtını səmərəli keçirir və o, mühafizəçiləri tərəfindən diqqətli şəkildə qorunur.
Qeyd edək ki, Vladimir Zelenski 73,22 faiz səslə rəqibi Petro Paraşenkoya qalib gəlmişdi.