Lənkəranda ehtiyatsızlıq ölümlə nəticələnib.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Boladı kəndində baş verib.

61 yaşlı Abdulla Miriyevin çayda balıq tutmaq istəyi onun ölümü ilə nəticələnib. O, ehtiyatsızlıqdan çaya düşüb və boğulub.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Загрузка...