Cardi B: Azərbaycan gözəl məmləkətdir - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün “Formula-1” Qran-Prisi çərçivəsində dünya şöhrətli amerikalı hip-hop ifaçısı Kardi Binin (Cardi B) Bakı Kristal Zalının səhnəsində çıxışı olacaq.

Oxu.Az xəbər verir ki, ifaçı şəhərimizin gəzməli-görməli yerlərindən çəkiliş edərək həmin görüntüləri şəxsi İnstagram hesabının “tarix” bölməsində yerləşdirib.

“Fairmont” hotelində qalan Kardi Bi otağından şəhərin gözəl mənzərəsini çəkərək “Azərbaycan gözəl məmləkətdir. Bakı gözəlliyi ilə valeh edir. Bura çox gözəldir. Buranın mənzərəsi inanılmazdır” sözləri yazıb.

Nahar yeməklərinin dadına baxan Kardi Bi xüsusi ilə paxlava və kababı çox bəyəndiyini söyləyib:

“Kababın əti çox dadlıdır. Gözəl hazırlanıb. Mənim ən sevimdiyim təam paxlava oldu. Çox ləzzətlidir”.

Загрузка...