“Formula-1” üzrə Azərbaycan Qran-prisi davam edir.

ONA-nın məlumatına görə, mövsümün dördüncü mərhələsinin ikinci günündə ilk qaliblər müəyyənləşəcək.

Belə ki, “Formula-2”də birinci yarışın ən sürətliləri bəlli olacaq.
Qran-prinin ikinci günündə “Formula-1” pilotları isə 2 dəfə trekə çıxacaqlar. Onlar öncə üçüncü – sonuncu sərbəst yürüşdə məşq edəcəklər. Ardınca sıralama turunda mübarizə aparacaq iştirakçılar əsas yarış üçün mövqelərini dəqiqləşdirəcəklər.

Günə Cessi Ceyin konserti ilə yekun vurulacaq. Britaniyalı məşhur “Bakı Kristal Zalı”nda azarkeşlər qarşısına çıxacaq. Sonra “Elektra Events Hall”da şou xarakterli tədbirə start veriləcək. Almaniyalı DJ Robin Şultsun da olacağı “Bakı şəhərinin sədaları” adlı gecə əyləncə proqramı səhərədək davam edəcək.

Azərbaycan Qran-prisi
27 aprel
10:20-10:50. “Formula-2”. Pilotların paradı
11:20-11:40. Avtoqraf sessiyası (“Reysinq Point”)
12:00-12:20. Avtoqraf sessiyası (“Alfa Romeo”)
12:00-13:05. “Formula-2”. Birinci yarış
11:20-11:40. Avtoqraf sessiyası (“Mercedes”)
14:00-15:00. “Formula-1”. Üçüncü sərbəst yürüş
17:00-18:00. “Formula-1”. Sıralama turu
21:00. Cessi Ceyin konserti

Qeyd edək ki, yarış sabah yekunlaşacaq.

Загрузка...