Bakıda “Formula-1”də bolid kanalizasiya lyukuna ilişdi - VİDEO

SOCAR Azərbaycan Qran-Prisi zamanı daha bir xoşagəlməz hal baş verib.

Oxu.Az xəbər verir ki, “Formula-1”də sərbəst yürüş zamanı qəza keçirən “Williams” komandasının pilotu Corc Rassellin bolidi kanalizasiya lyukuna ilişib.

Bundan sonra bolidi aparan evakuasiya maşınının kranı yerüstü piyada keçidinə dəyib.

Nəticədə keçid zədələnib.

Kran isə qırılıb və ondan axan yağ bolidin üzərinə tökülüb.

Yekunda Corc Rasselin bolidini boksa ikinci kranla gətirmək mümkün olub.

Qeyd edək ki, bu qəza səbəbindən sərbəst yürüş yarımçıq saxlanılıb və ləğv olunub. Buna FIA qərar verib.

Загрузка...