Aprel ayının ilk günlərində ruhi dispanserə yerləşdirilən və müalicə almağa başlayan dünya şöhrətli müğənni Britni Spirs kameralara tuş gəlib.

Oxu.Az xəbər verir ki, 37 yaşlı Spirsin yanında əslən iranlı sevgilisi Sem Asqari də olub.

Cütlük müalicəyə bir gün fasilə verib və dispanseri tərk ediblər. Bu zaman isə media nümayəndələri onların görüntülərini çəkməyə nail olublar. Çəkiliş zamanı Sem Britnini jurnalistlərin suallarından hər vəchlə qorumağa çalışıb.

Sosial şəbəkələrdə və xarici mətbuata foto və videoları sızan Britni Spirsi görənlər təəccübünü gizləyə bilməyiblər. Onun baxımsız və makyajsız halı izləycilərin narahatlığına səbəb olub.

Müğənninin qaynaq yolu ilə uzatdığı sarı saçları da görənləri məyus edib. Bir çox sosial şəbəkə istifadəçiləri müğənninin qocaldığını və əvvəlki gözəlliyindən əsər-əlamət qalmadığını yazıblar.

Britni Spirsin son halı - VİDEO

Загрузка...