Planetin ən gözəl qadını - FOTO

Amerikalı aktrisa Cennifer Qarner planetin ən gözəl qadını seçilib. BAKU.WS xəbər verir ki, məşhur aktyor Ben Afflekin keçmiş həyat yoldaşı “People” jurnalının versiyasına görə Yer kürəsinin ən gözəl qadını kimi jurnalın xüsusi buraxılışının üz qabığına çəkilib. Aktrisa Hollivud filmlərinə çəkilməklə yanaşı, orqanik məhsullar istehsal edən şirkətinə rəhbərlik edir. Bundan əlavə, o, üç uşaq anasıdır.

Bakıda baş verən dəhşətli yol qəzaları - VİDEO

Bakıda baş verən dəhşətli yol qəzalarının görüntüsü ortaya çıxıb. BAKU.WS-in məlumatına görə, qəzalarla bağlı görüntüləri Daxili İşlər Nazirliyi yayıb. Videoda yol hərəkət qaydalarını pozan sürücülər və piyadaların dəhşəti qəzaya səbəb olduğu əks olunur. DİN vətəndaşlara müraciətdə bildirir ki, yol hərəkəti qaydalarına riayət edin: “Özünüzün və başqalarının həyatını təhlükəyə atmayın”.

Bakıda müəllim şagirdi təhqir edib, şəxsiyyətini alçaltdı

Bakıda müəllim şagirdi vuraraq hədələyib, şikayəti polis araşdırır. “Report”un xəbərinə görə, Binəqədi rayon sakini Şahin Əliyev polisə şikayət edərək bildirib ki, Binəqədi qəsəbəsində yerləşən 205 saylı orta məktəbin Sevinc Əzimova adlı müəllimi onun 7-ci sinifdə oxuyan oğlunu şagirdlərin gözləri qarşısında təhqir edib, onun şəxsiyyətini alçaldıb və xəsarət yetirib. Valideyn bildirib ki, müəllim oğlunun saçını şagirdlərin […]

Türkiyədə yayımlanan “İşte benim stilim” yarışmasında qalmaqallı iştirakı ilə məşhurlaşan Sima Şərafəddinova amerikanlı pilotla ailə həyatı qurub. Oxu.Az xəbər verir ki, Sima ailə fotolarını şəxsi “Instagram” hesabında izləyiciləri ilə bölüşüb. Model ötən il Los-Anceles şəhərinə köçərək aerobotika dərsləri alıb, elə burada da gələcək həyat yoldaşı ilə tanış olub. Cütlük 2019-cu ilin yanvar ayında münasibətlərini rəsmiləşdiriblər. […]

Könül Kərimova 22 yaşlı qızın intiharında adı hallanan şəxsdən DANIŞDI: "Heç bir icazə almadan..."

Əməkdar artist Könül Kərimova 22 yaşlı nişanlı qızın intiharı ilə bağlı adı keçən gözəllik salonu barədə danışıb. Lent.az-a açıqlama verən müğənni bildirib ki,  “R-studio” adlı salonla hazırda heç bir əlaqəsi yoxdur: “Mən həmin gözəllik salonunu işlədən xanımı tanımıram. Vaxtı ilə bir tanışım öz salonu üçün mənim şəklimi reklam olaraq yerləşdirmişdi. Bu salon isə “Əcəmi” metrostansiyasının […]

İntihar edən müəllimin məktubu tapıldı: Tənhalıqdan yorulmuşam

Aprelin 24-də meyiti dalğıclar tərəfindən Akkuşa çayından tapılmış, 35 yaşlı Salyan rayon sakini Dadaşova Aysel Vaqif qızının qaldığı evdə ölümündən qabaq yazdığı məktubu tapılıb. Medianews.az oxu.az-a istinadən xəbər verir ki, Salyan rayon Prokurorluğundan məlumat verilib. Bundan əvvəl Dadaşovanın kənd məktəbində müəllim işlədiyi xəbər verilirdi. Cümə axşamı isə qadının kənd məktəbində texniki işçi kimi çalışdığı məlum […]

Bakıdakı məşhur mağazalardan birində erməni mahnısının səsləndirilməsi ilə bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Məlumatlara görə, hadisə Bakının Yasamal rayonunda metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən “Bonita” geyim mağazasında baş verib. Videonu çəkən jurnalist Könül Aypara mağaza işçilərinə irad bildirsə də, onlar buna məhəl qoymayıb. Əksinə, “onsuz da kefimiz yoxdur, siz də qanımızı qaraldırsınız” deyərək, xanım jurnalisti […]

Voleybolçu qadınlar arasında ikiqat olimpiya çempionu Jaklin Karvalyu Braziliya Superliqası matçı zamanı müsahibə verərkən huşunu itirib. “Report”un məlumatına görə, 36 yaşlı idmançı “SESI San-Paolo” və “EMS Taubate” komandaları arasında görüşün gedişində jurnalistlərə müsahibə verərkən gözlənilmədən gözlərini yumub və yıxılmağa başlayıb. Onu operator və müxbir tutub. Hadisə yerinə dərhal meydan sahiblərinin həkimi özünü çatdırıb. Həkim bildirib […]

Dördüncü sinif üçün rəvayət

“18-də sübhə üç saat yarım qalmış Seyfəlmülükün Gülüstani-İrəm şəhərinə yetişməyinə rəvayət var. Hər kəs bu gecədə nişanbazlıq etsə, övrət götürüb qaçsa çox xeyirlər aparar. Heç olmasa müxtəsər vəch ilə bir yerə oğurluğa getmək savabdır” (Molla Nəsrəddin jurnalı, 9 iyun, 1906) Yolum diş klinikasından düşmüşdü, gördüm girişdən yekə bir ərəbcə duanın qəşəng çərçivəyə salınmış forması asılıb. […]

Palçıq daxmada yaşamağa məhkum edilən Qarabağ qazisi… – FOTO,VİDEO

Nəsib Qarayev: “Ailəm pərəm-pərəm düşüb, qohumlara sığınmışıq” Salyan rayonu, Yolüstü kənd sakini, 2-ci qrup Qarabağ qazisi Qarayev Nəsib Mustafa oğlu “Yeni Müsavat”a müraciət edib. Torpaqlarımız uğrunda canını fəda edən qazi dövlətdən ev ala bilmir. O, 7 ailə üzvü ilə birlikdə yazıda görəcəyiniz birotaqlı daxmada yaşayır. İndiyə qədər aidiyyatı orqanlara etdiyi müraciətlər nəticəsiz qalıb. N.Qarayev hər […]

Üç övladını anasız qoyan müəllimin görüntüsü yayıldı - FOTO

Ötən gün özünü evlərinin yaxınlığından keçən körpüdən Akkuşa çayına atmış Salyan rayonunun Seyidsadıqlı kənd sakini, 35 yaşlı Aysel Dadaşovanın cəsədi tapılıb. BAKU.WS-in Virtualaz.org-a istinadən məlumatına görə, cəsəd qadının özünü çaya atdığı yerdən 7 km aralıda, rayonun Qızılağac kəndi ərazisində suyun üzərinə çıxdığı üçün aşkar olunaraq FHN-nin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. […]

Ölkə idarə eləmək məclis idarə eləmək deyil

Ukraynada son prezident seçkiləri yada Uinston Çörçillin məşhur ifadəsini saldı: “Demokratiya mükəmməl idarəçilik sistemi deyil, amma bəşəriyyət hələ ki bundan yaxşısını fikirləşib tapmayıb”. Demək, tapmadıqca demokratiyanın sürprizləri də davam edəcək. Ukraynadakı kimi. Söhbət nədən gedir? Pyotr Poroşenkonun seçki yolu ilə hakimiyyətə gəlib, seçki ilə də getməsi şəksiz ki, Ukraynanın üstünlüyüdür. Çünki “demokratiyada çarə tükənməz”. Ötə […]

O saziş “saz iş” olardı, pəncə kölgəsi olmasa...

Srağagün Azərbaycan və Avropa İttifaqı arasında sazişin mayın 13-də imzalanacağı barədə xəbər təkzib olundu. Ardınca məlumat yayıldı ki, sazişin imzalanması ilin payıza dönən vaxtlarına keçirilib. İlk baxışdan bu xəbərlə Ermənistanın baş naziri Paşinyanın yeni seçilmiş Ukrayna prezidenti Zelenskiyə Putinlə “düz dolanmaq” tövsiyəsi verməsi arasında birbaşa əlaqə yoxdur. Ancaq bu, ilk baxışdan belədir. Diqqət edəndə görürsən […]

ABŞ prezidenti Donald Tramp Ağ Evdə “Twitter” sosial şəbəkəsinin rəhbəri Cek Dorsi ilə görüşüb. Bu barədə Ağ Ev rəhbəri öz “Twitter” səhifəsində məlumat paylaşıb. O, C.Dorsi ilə plaftormaya və ümumiyyətlə, sosial şəbəkə dünyasına aid bir sıra aktual məsələləri müzakirə etdiklərini diqqətə çatdırıb. “Twitter” rəhbəri isə görüşün Ağ Evin təşəbbüsü ilə keçirildiyini, 2020 prezident seçkiləri (ABŞ) […]

Aprel ayının ilk günlərində ruhi dispanserə yerləşdirilən və müalicə almağa başlayan dünya şöhrətli müğənni Britni Spirs kameralara tuş gəlib. Oxu.Az xəbər verir ki, 37 yaşlı Spirsin yanında əslən iranlı sevgilisi Sem Asqari də olub. Cütlük müalicəyə bir gün fasilə verib və dispanseri tərk ediblər. Bu zaman isə media nümayəndələri onların görüntülərini çəkməyə nail olublar. Çəkiliş […]

Britaniya parlamenti hesab edir ki, silahlanmaya dair razılaşmalara əməl edilməməsi dünyanı nüvə təhükəsi ilə üz-üzə qoyub. The Independent-in xəbərinə görə, Böyük Britaniya parlamentinin Beynəlxalq Münasibətlər Komitəsinin sədri Devid Haulel bildirib ki, nüvə silahlarına malik dövlətlər arasında münasibətlər “soyuq müharibə” illərindəkindən daha gərgindir. “Komitə gələn həftə nüvə silahlarının yayılmaması haqında müqaviləni müzakirəyə çıxaracaq. Bu nüvə silahına […]

Xalq artisti Zülfiyyə Xanbabayeva uzun fasilədən sonra sükutu pozaraq, yeni klipini tamaşaçıların ixtiyarına buraxıb. Oxu.Az xəbər verir ki, hər zaman keyfiyyətli işlər görən Xanbabayeva daha bir romantik bəstəyə ekran həyatı verib. Sözləri Leyli Erola, musiqisi Hakan Erola məxsus “Sevən tərəfdə mən” adlı bəstəyə çəkilmiş klip Zülfiyyə Xanbabayevanın rəsmi Youtube hesabında təqdim olunub. Qlamur tərzdə kameralar […]

Aprelin 21-də Şri-Lankada kilsə və otellərdə baş verən və son məlumatlara görə, 359 nəfərin ölümü, 520 nəfərin yaralanması ilə nəticələnən terror aktını törədənlər barədə yeni faktlar aşkarlanıb. Sky News xəbər verir ki, Şri-Lankanın müdafiə naziri Ruvan Vicevardene terrorçuların Böyük Britaniyada yaxşı təhsil aldığını və maliyyə asılılıqlarının olmadığını qeyd edib: “Hücumçular 9 nəfər olub. 8 nəfərin […]

Hacıqabulda Salyan sakinindən külli miqdarda heroin götürülüb. Oxu.Az-ın Aran bürosunun məlumatına görə, Hacıqabul polis şöbəsinin əməkdaşları rayon ərazisində özünü şübhəli aparan, əvvəllər məhkum olunmuş Salyan sakini, Nuriyev Nurlan Allahverdi oğlunu saxlayıblar. Üzərinə baxış keçirərkən, ondan 142 qramdan çox heroin aşkar edilib. Faktla bağlı Hacıqabul polisi tərəfindən araşdırma aparılır.

ABŞ-ın Merilend ştatında faşist Almaniyasının lideri Adolf Hitlerin 1945-ci ilin 24 aprelində yazdığı ölümqabağı teleqram hərraca çıxarılıb. Bu barədə lenta.ru məlumat yayıb. Hitler bu teleqramını general-feldmarşal Ferdinand Şernerə ölümündən altı gün əvvəl göndərib. Nasist Almaniyasının başçısı teleqramda Berlində qalıb xalqa nümunə olmaq istədiyini bildirib: “Mən Almaniya uğrunda həlledici döyüşlərdə iştirak etmək və qalanlara nümunə olmaq […]