Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putin ilə aprelin 25-də Vladivostokda görüşəcək.
Lenta.ru yazır ki, iki liderin görüşü Russki adasında yerləşən Uzaq Şərq Federal Universitetinin kampusunda baş tutacaq.
Danışıqlardan sonra Putinin Çinə səfəri gözlənilir, Kim Çen In isə aprelin 26-dək Vladivostokda qalacaq. Burada onun gəlişi münasibətilə mədəni proqram hazırlanıb.